Misli Premyer Liqasının 30-cu turuna bu gün keçiriıəcək bir oyunla yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Karvan-Yevlax" "öz meydanında "Neftçi"ni qəbul edir.

 

Meydan sahibləri elitada qalmaq uğrunda mübarizə aparır. Füzuli Məmmədovun komandasının nəzəri cəhətdən Premyer Liqada qalmaq şansı var. Bunun üçün onlar bu gün meydana yalnız qalibiyyət üçün çıxacaq. "Ağ-qaralar" "Neftçi" ilə görüşdən qalib ayrılsa, sona 3 tur qalmış "Qəbələ" ilə xal fərqini 3 xala salacaq. Onu da nəzərə almaq lazımdı ki, 32-ci turda bu komandalar Yevlaxda üz-üzə gələcəklər. "Neftçi" isə avrokuboklara vəsiqə qazanmağa çalışır. Paytaxt təmsilçisi yevlaxda 3 xal qazansa turnir cədvəlində yenidən "Zirə"ni ötərək 4-cü pilləyə yüksələcək. 

 

Qeyd edək ki, 31-ci turun oyunlarına mayın 8-də start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXX tur

16:00. "Karvan-Yevlax" - "Neftçi" 

Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax. Şəhər stadionu.