"Qarabağ"dan "Flamenqo"ya keçən Olavio Juninyo Braziliya klubunda rəsmi debüt edib. Sport24.az xəbər verir ki, 28 yaşlı hücumçu "Carioca - Taca Guanabara" turnirində "Volta Redonda" ilə matçda meydana çıxıb.

Forvard 60-cı dəqiqədə Bruno Enrikenin yerinə meydana daxil olub.

Qarşılaşma "Flamenqo"nun 2:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.