AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələyib. Sport24.az buna Misli Premyer Liqasının X turunda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

 

"Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb.

 

Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

 

"Turan Tovuz" "Şamaxı" ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, "Sumqayıt" isə "Araz-Naxçıvan"la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.