"İlk qolumu vurduğuma görə şadam. İnanıram ki, hər şey belə davam edəcək və komandama bacardığım qədər köməklik göstərəcəm". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Sezar Meza Kolli paytaxt təmsilçisinin heyətində vurduğu ilk qol barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

"Keşlə"ni 3:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın IV tur matçında fərqlənən paraqvaylı yarımmüdafiəçi zədələndiyi üçün fasilədə əvəzlənib. 30 yaşlı oyunçu ilk hissədən sonra arxa əzələsində ağrı hiss etdiyini bildirib: "Məncə bu, yüklənmədən irəli gəlirdi. İndi isə özümü hazır hiss edir və növbəti oyun üçün çalışıram".

"Neftçi" növbəti turda bazar günü "Sabah"ın qonağı olacaq. 

Qeyd edək ki, Sezar "ağ-qaralar"a cari mövsümün əvvəlində "Keşlə"dən keçib.