"Yeni mövsümə hazırlıq öz qaydasında gedir. Bütün "İmişli" caməsi mövsümə qələbə ilə bağlamaq istəyir". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin baş məşqçisi Fərid Namazov deyib.
Gənc mütəxəssis öz meydanlarında oynaya bilməyəcəklərinə görə təəssüfləndiyini də vurğulayıb: "Çox istərdik ki, ilk oyunumuzi doğma publika önündə keçirək. Amma alınmadı, stadionumuzda təmir işləri bitməyib. Bu təbii ki, oyunumuza təsir edəcək. Bizim kimi komandaları güclü edən səbəblərdən biri də yerli azarkeş dəstəyidir. Buna baxmayaraq, Tovuzdakı oyunumuza az da olsa, İmişlidən fanatların gəlməsi gözlənilir. Heyətimizdə iki itki var. Qapıçı Elməddin Sultanov və müdafiəçi Mehdi Tahirov zədəlidir. Onlar iki-üç turdan sonra komandaya kömək edə biləcək. Əlavə olaraq seleksiya işlərimiz də davam edir, legionerləri sınayırıq. Böyük ehtimalla, bir-iki əcnəbi futbolçu transfer edəcəyik. Hazırda əsas məqsədimiz mövsüma yaxşı başlamaqdı. II Liqanın son çempionu ilə qaraşılaşacağıq".
Qeyd edək ki, "İmişli" ilk turda "Baku Sportinq"lə qarşılaşacaq. Oyun sentyabrın 12-də keçiriləcək.
ABDULLA İSMAYILOĞLU