I Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

 

Mart ayının ən yaxşı qolunun müəllifi adını Pablo Alveş qazanıb. "İmişli"nin futbolçusu XXII turun "Qəbələ" ilə ev qarşılaşmasından əvvəl təltif olunub. Ona mükafatı PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.