Misli Premyer Liqasının 27-ci turunda "Karvan-Yevlax"a 1:4 hesabı ilə məğlub olan "Kəpəz" daha bir itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisinin müdafiəçisi Ehtiram Şahverdiyev cəzalı duruma düşüb.
Buna səbəb futbolçunun həmin qarşılaşmada sarı vərəqə almasıdır.
Cari mövsümdə dördüncü dəfə bu halla üzləşən oyunçu növbəti — 28-ci turda "İmişli" ilə keçiriləcək matçı buraxmalı olacaq.
Qeyd edək ki, "Kəpəz" "İmişli" ilə aprelin 19-da üz-üzə gələcək. Ehtiram Şahverdiyev bu mövsüm çempionatda 26 oyunda meydana çıxıb.