Premyer Liqaya vəsiqə qazanan "İmişli" baş məşqçi postuna portuqaliyalı Xorxe Kaskilyanı dəvət etməklə yanaşı, heyəti gücləndirmək yönündə də çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı komandası yerlilərlə yanaşı, legionerlərlə də müqavilə bağlayır.
Hələ ki, klub tərəfindən açıqlama verilməsə də, etibarlı mənbədən redaksiyamıza daxil olan bilgiyə əsasən, "İmişli" 8 əcnəbi ilə artıq rəsmi müqavilə bağlayıb. O da məlumdur ki, klubun anlaşdığı legionerlərin əksəriyyəti Portuqaliya çempionatının aşağı dəstələrində çıxış etmiş futbolçulardır.
Qeyd edək ki, "İmişli" rəsmi olaraq 2 futbolçu - Azər Salahlı və Ronaldo Rodriqez de Souzanın keçidini açıqlayıb.