Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "İmişli" komandadı beş futbolçu ilə müqavilənin müddətini uzadıb. Bu barədə Sport24.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Vüsal Qənbərovla 2, Andrey Sinenko ilə 1, Mehdi Tahirovla 2, İdris İnqilablı və Həzrət İsayevlə 1 illik sözləşmə bağlanıb.
Qeyd edək ki, "İmişli" 2024/2025 mövsümündə I Liqanı 2-ci pillədə başa vurub.