“İmişli” rəhbərliyi PFL rəsmilərinin yolunu gözləyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, I Liqanın iddialılarından olan klub növbəti ev oyununu doğma meydanda keçirməyi planlaşdırır. Bunun üçün isə çempionatı təşkil edən qurumun razılığı olmalıdı.
Mövsümlərarası fasilədə komandanı himayəyə götürən RDC MMC ilk növbədə stadiona və bazaya əl gəzdirməyə qərar verib. Bu səbəbdən Əsgər Abdullayevin çalışdırdığı kollektiv cari mövsümdə ilk ev oyununu Saatlı Olimpiya Kompleksinin meydanında keçirmək məcburiyyətində qalıb. Olimpiya kompleksinin süni örtüyü isə təcrübəli çalışdırıcını qane etmir.
Qeyd edək ki, 3 turdan sonra “İmişli” 3 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
RƏŞAD QASIMOV