Azərbaycan Kubokunda "Neftçi" - "Qəbələ" finalı 2-ci dəfə keçiriləcək. Sport24.az xəbər verir ki, düz 9 il əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk finalda olmuş 2 futbolçu indi də bu həyəcanı yaşayacaq.

Bunlar müdafiəçilər Murad Musayevlə Məqsəd İsayevdi. Sadəcə, indi "Qəbələ" komanda yoldaşı olan bu futbolçular onda rəqib idilər. Musayev yetirməsi olduğu "Qəbələ" qalıbsa, İsayev həmin vaxt "ağ-qara" formada olub. Özü də Məqsəd oyunsonrası penaltilər seriyasınadək uzanan matçda sonadək meydanda olubsa, Murad axıradək ehtiyatda qalıb. 

Xatırladaq ki, 1:1 hesabıyla yekunlaşan həmin qarşılaşmada "Neftçi" penaltilərdə 4:3 üstün olub.