I Liqada 8-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, son gündə bir oyun keçirilib.

 

"Şəfa" autsayderlərdən olan "Difai" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib.

 

Turun digər oyunlarında "Zaqatala" "Şahdağ Qusar"ı 1:0, "Mingəçevir" MOİK-i 3:0, "Cəbrayıl" isə "Şimal"ı 7:0 hesabı ilə məğlub edib, "Baku Sportinq" – "Səbail" matçı isə 0:0 nəticələnib.

 

8 oyundan sonra "Şəfa" 20 xalla liderdir. "Difai" 5 xalla 8-cidir.