Birinci Liqada mübarizə aparan "Bakı Sportinq" AFFA və PFL-ə müraciət edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bakı Sportinq" AFFA və PFL-dən bütün rəsmi məlumatlarda klubun Buzovna qəsəbəsini təmsil etdiyinin vurğulanmasını istəyib:
"Ötən mövsümdən futbol üzrə Birinci Liqada mübarizə aparan "Baku Sporting" bu mövsümdən etibarən ev matçlarını Buzovnadakı "Baku Sporting Arena"da keçirəcək. Bununla paralel, 2025/26-cı il mövsümündən etibarən klubumuz Buzovna qəsəbəsini təmsil edəcək. AFFA və PFL-dən xahiş edirik, bundan sonra "Baku Sporting"lə bağlı bütün rəsmi məlumatlarda Buzovna təmsilçisi olmağımız qeyd olunsun".