Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub. Sport24.az xəbər verir ki, Peşəkar Futbol Liqası aparılan müşahidələrdən sonra Azərbaycan I Divizionunun XV turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun martın 1-də bu arenada keçirilməsinin mümkünsüzlüyü müəyyənləşdiyini rəsmən açıqlayıb. 

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edir:
XV turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da Türk Hava Yolları Futbol Mərkəzinin IV meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.
I Divizionun XXIII turunun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.