Gəncə şəhər stadionunda yenə "istefa" şüarları səslənib. Sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Kəpəz"in bu dəfə də evdə uduzması yerli azarkeşlərin "səbr kasasını daşdırıb".

Belə ki, onlar "Qəbələ"ylə matçın uzatma dəqiqələrindən "istefa" şüarları səslənməyə başlayıb. Gəncəli azarkeşlər klub rəhbərliyinin yer aldığı fəxri lojaya, həm də məşqçilər korpusunun yer aldığı ehtiyat oyunçular skamyasına narazılıqlarını çatdırıb.

Məsələ o həddə gəlib ki, fanatlar qonaq komandanı alqışlayıb, doğma komandaların ı isəfitə basıblar. Y"Kəpəz" azarkeşləri yalnız qapıçı Kamran İbrahimovu alqışlayıb. Onla sabiq baş məşqçi Tərlan Əhmədovun da adını səsləndirərək dəstəklərini nümayiş etdirib.

Xatırladaq ki, "Qəbələ" Gəncədə 1:0 hesabıyla qalib gəlib. 

 

MEHMAN SÜLEYMANOV, Gəncə