Azərbaycan Premyer Liqasında VIII turunun "Kəpəz" "Qəbələ" oyunundan sonra ev sahibi komadanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib

- Danışılası bir şey yoxdur. Artıq 4 oyundur ki, Gəncədə məğlub oluruq. Bu oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularım əlindən gələni etdilər ki, bu gün məğlub olmayaq. "Qəbələ"ni təbrik edirəm. Təəssüflər olsun məğlub olduq. Çempionat davam edir, futbolçularıma sona qədər güvənirəm. Çalışacağıq Premyer Liqada qalmaq uğrunda mübarizə aparaq.

- "Kəpəz" üçün vacib olan oyunda niyə Martins Junior, Latir Fal oyuna əsas heyətdə başlamamışdı?

- Hazırlıqlardan oyunçuların potensialını qimətləndiririk, bu dəfə Mahiri daha üstün gördüm. Düşündüm ki, o meydana çıxıb komandaya daha çox xeyir verə bilər.

- Sizi ən çox 4 oyun ardıcıl məğlub olmaq narahat edir, yoxsa istefa şüarları?

- Məni məğlubiyyət narahat edir. Həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdilər. Komanda mənə güvənir. Bu gün sonuncu pilləyə düşdük, amma bizim yaxşı futbolçularımız var. Mən inanıram ki, daha yaxşı oyun sərgiləyim, bizə güvənənlərin ümidlərini doğruldacağıq.

- "Kəpəz"in evdə məğlub olmasının səbəbi nədir?

- Bizim komanda səfərdə daha əzimli olur. Bu hamının diqqətini çəkməlidir. Gəncədə iki güclü təzyiq hiss edirəm: Premyer Liqada qalmaq və azarkeş təzyiqi. İlk dəqiqədən azarkeşlərin dəyişiklik tələbi və s. futbolçulara da təsir edir. Bundan sonra bəzi futbolçular toparlana bilmir, bəzilərində qorxu hiss var. Əgər "Neftçi"ni məğlub etmişiksə, düşünürəm ki, qələbələr qazanacağıq.

- Gəncədə gəncəlilər işləməlidir deyənlər sizi meydanda niyə tək buraxıb?

- Mən tək deyiləm, mənim Allahım var. Bundan əlavə komanda rəhbərliyi və futbolçularım mənə güvənir. Nə qədər bacarıramsa, çalışacam ki, komanda çempionatda qalsın.

- İstefa şüarları futbolçularda təzyiq yaratmır ki?

Yox, məcburuq. Bizim azarkeşlərin istədiyi qələbə, hər oyun görmək istədikləri komanda hələ ki, bu "Kəpəz" deyil.

- Növbəti tur səfərdə oynayacaqsınız və sizin üçün hər hansı təzyiq olmayacaq.

- Səfərdə pis oynamırıq və xallar