MBA-nın Qərb Knfransında çıxış edən ''Finiks''in yeni baş məşqçisinin adına aydınlıq gəlmək üzrədi. Sport24.az xəbər verir ki, qeyri-adi bir şey baş verməsə, bu vəzifəyə Frenk Voqel gətiriləcək.

Danışıqlar prosesi bitmək üzrədi. Tərəflərin uzunmüddətli anlaşma əldə edəcəyi gözlənilir.

ESPN-nin məlumatına görə Voqel 31 milyon dollar qarşılığında 5 illik müqaviləyə imza atacaq. Voqel bilindiyi kimi buna qədər ''Leykers''i çalışdırırdı. 2020-də Los Anceles klubu onun başçılığı altında çempion olmuşdu. Amma 2021/22-də komanda pley-offdan kənar qaldıqdan sonra onunla yollar ayrılmışdı.

49 yaşlı Voqel məşqçi kimi MBA-da 11 mövsüm keçirib. O, 820 oyunda 431 (52,6 faiz) qələbəyə sevinib.

Xatırladaq ki, ''Finiks'' pley-offun 2-ci mərhələsində ''Denver''ə uduzduqdan sonra baş məşqçi Monti Uilyams istefaya göndərilmişdi.