"Turan Tovuz"un futbolçusu Filip Ozobiçin Sport24.az-a müsahibəsi
Azərbaycan Premyer Liqasının 21-ci turunda "Zirə"ni məğlub etdiniz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Bilirdik ki, bizi çətin oyun gözləyir. "Zirə" çox yaxşı komandadır. Onlar da hər zaman avrokuboklar uğrunda mübarizə aparırlar. Gözlədiyimiz kimi də oldu, qarşılaşma çox ağır keçdi. Qalib gəldiyimiz üçün çox şadıq.
- Qələbə qazanmaqla üçüncü pilləyə yüksəldiniz. Halbuki ötən turda "Şamaxı" ilə görüşdə bu şansı əldən vermişdiniz. Bu məqam matçdan öncə üzərinizdə əlavə təzyiq yaratmırdı?
- Xeyr, hər hansı bir təzyiq yox idi. Matça çox yüksək səviyyədə köklənmişdik. Ötən matçı artıq unutmuşduq. Məqsədimiz mütləq 3 xal qazanmaq idi və çox şadam ki, buna nail olduq.
- Demək olar ki, "Turan Tovuz" üçüncü olmaq yolunda vacib addım atdı?
- Düzdür, bu qələbə çox vacib idi. Çünki əks halda "Zirə"dən bir qədər də geri düşə bilərdik. Lakin istənilən halda indidən mövsümün sonu barədə danışmaq tezdir. Qarşıda hələ 10-dan çox tur var.