"Vulverhempton"un futbolçusu Mateus Mane Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, nəhəng klublar ingiltərəli oyunçunun xidmətində maraqlıdır.
Bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Yunayted", "Arsenal" və "Liverpul" Maneni yayda transfer etməyə çalışacaq. Klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 50 milyon funt-sterlinq tələb edəcək.
Qeyd edək ki, 2024-cü ilin martında "Vulverhempton"un akademiyasına qoşulub. İngiltərə U-18 millisinin üzvü bu mövsüm Premyer Liqada meydana çıxdığı 16 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.