UEFA "Qarabağ" klubunu şüara cəzalandırıb. Sport24.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən (3:2) oyunda şüarlara UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.

 

Qərara əsasən, Ağdam təmsilçisi "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" və "ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması" səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

 

QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin "UEFA - mafiya" şüarı səsləndirməsi olub.

 

Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.