"Eyni anda həm milli komandada, həm də "Şamaxı"nın əvəzedicilərinin baş məşqçisi kimi işimi davam etdirəcəm". Bu sözləri Sport24.az-a açıqlamasında Fərid Namazov deyib.
Gənc mütəxəssis PRO lisenziyasını almaq üçün klubda baş məşqçi kimi işləməli olduğunu bildirib:
"PRO lisenziyanı almaq üçün təhsilimi davam etdirirəm. İmtahanları vermək üçün böyük komandada olmağım şərtdir. Konvensiya dəyəri yüksək olmalıdır. Baş məşqçi kimi əvəzedici, Birinci Liqa və ya Premyer Liqası klublarından birində olmalıyam. Bunun üçün də "Şamaxı"da işimi davam etdirəcəm".
Qeyd edək ki, Fərid Namazov U-21 millimizin baş məşqçisi Rəşad Eyyubovun köməkçisi təyin olunub.