"İlk oyunda hesabın 0:1 olmasına baxmayaraq, "Qarabağ"ın kifayət qədər qol epizodları var idi, sadəcə, "Şkendiya"nın qapıçısı hesabın daha böyük olmasına imkan vermədi". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev deyib.

"Zirə"nin qapışılar üzrə məşqçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq Qarabağ"  - "Şkendiya" matçından gözləntilərini açıqlayıb:

"Məncə, təmsilçimiz bir həftə əvvəl Skopyedəki oyunun davamını Bakıda davam etdirib qələbə qazanmaqla növbəti mərhələyə yüksələcək. Heç şübhəsiz ki, rəqibi qiymətləndirmək lazımdır. Bundan öncəki mərhələdə kifayət qədər güclü komandanı mübarizədən kənarlaşdırıblar. Ancaq Ağdam təmsilçisi bu görüşün favoritidir. "Doğma divarlar" arasında oynamaq ağdamlılara əlavə üstünlük verir". s

Qeyd edək ki, bu komandalar arasında ilk oyunda təmsilçimiz 0:1 hesablı qələbə qazanıb.