"Fənərbaxça"nın sabiq futbolçusu Seynt Allan-Maksimin yenidən Türkiyədə çıxış etməyə yaxındır. Sport24.az xəbər verir ki, fransalıya "Beşiktaş" maraq göstərir.
İstanbul təmsilçisinin mövsümün sonunda 28 yaşlı vingerə təklif göndərdiyi bildirilir.
Onun "Lans"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Maksimin "Sent-Etyen", "Monako", "Hannover", "Bastiya", "Nitsa", "Nyukasl", "Əl-Əhli", "Fənərbaxça", "Amerika" klublarında oynayıb.