"Şamaxı" ilə oyunun gərgin keçəcəyini bilirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev deyib.

25 yaşlı müdafiəçi son oyunlarda meydana çıxmamasından danışıb:

"Çoxdandır doğma meydanda, azarkeşlərimizin önündə oynamırdıq. Onlara qələbə sevincini yaşatmaq istəyirdik. Şükür ki, bunu bacardıq. Son oyunlarda oynamamağımın səbəbi baş məşqçinin seçimidir. Bu barədə Kurban Berdiyevlə söhbətim olmayıb. Mən həmişə formada olmağım üçün məşqlərimi edirəm. Qarşıdan milli komandanın oyunu var. Yığmanın düşərgəsinə dəvət almaq istəyirəm. Dəvət gəlməsə belə, həvəsdən düşməyəcəm. Daha yüksək səylə çalışacam ki, millinin məşqçilərinin diqqətini cəlb edim".

Qeyd edək ki, "Turan Tovuz" "Şamaxı" matçı Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.