"Arsenal"ın müdafiəçisi Ben Uayt Premyer Liqa klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Everton" ingiltərəli müdafiəçi ilə ciddi şəkildə maraqlanır.

 

Bu barədə "FourFourTwo" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Liverpul təmsilçisi 28 yaşlı müdafiəçini yay "transfer pəncərəsi"ndə" heyətinə qatmaq istəyir. Cari mövsümdə az oyun praktikası qazanan futbolçunun da bu keçidə müsbət yanaşdığı qeyd olunur.


Qeyd edək ki, Ben Uayt 2021-ci ilin yayında "Brayton"dan "Arsenal"a keçib. O, bu mövsüm "topçular"ın heyətində 21 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.