"Neftçi"nin kapitanı Emin Mahmudov üçün Premyer Liqanın son turunda "Sumqayıt"la "Bakcell Arena"dakı görüş ikili alındı. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçisi "ağ-qara" formada 100-cü oyununu keçirərək bunun sevincini, ardından aldıqıları məğlubiyyətin üzüntüsünü yaşadı.
Emin bununla bağlı "Facebook"dakı şəxsi səhifəsində paylaşım edib: "100 oyun, çox heyif ki, azarkeşlərimizi sevindirə bilmədik".
Xatırladaq ki, "Neftçi"nin prezidenti Kamran Quliyev yubileylə bağlı qarşılaşmanın əvvəlində kapitana xatirə hədiyyəsi təqdim edib.