"Cütün taleyi birinci oyundan sonra bəlli idi. Bakıdakı oyundan sonra hansı komandanın 1/8 finala çıxacağı müəyyənləşmişdi". Bunu Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Tücrübəli mütəxəssi "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a qarşı keçirdikləri oyunu şərh edib:
"Dünənki oyuna gəldikdə ilk dəqiqələr komandamız üçün çox ağır keçdi. "Qarabağ" sonradan toparlanmağı bacardı. Bir az dəqiqlik çatsaydı, matçı bərabəliklə də bitirmək mümkün idi. Ağdam təmsilçisinin qazandıqları nəticə əlbəttə çox yaxşıdır. Uğurlu bir mövsüm keçdi. Futbolda hər şey mümkündür. Gələcəkdə yenə bu mərhələdə komandamızı görə bilərik. Tək "Qarabağ" yox, digər klublarımız da bu uğuru özünə priortet seçə bilərlər".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, "köhlən atlar" Çempionlar Liqasında mübarizəni dayandırıb.