Albaniya kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib. Sport24.az xəbər verir ki, Zamiq Əliyevin formasını "Eqnatiya" səfərdə "Partizan"ın qonağı olub.
İlk matçda 0:1 hesabı ilə məğlub olan "Eqnatiya" matçın əsas vaxtında eyni nəticə ilə revanş ala bilib. Əlavə vaxtda fərqlənməyi bacaran Əliyevin komandası adını finala yazdırmağı bacarıb. Start heyətində meydana çıxan Zamiq sonadək meydanda olub.
Qeyd edək ki, "Eqnatiya" finalda mayın 1-də Tirana "Dinamo"su ilə qarşılaşacaq.