Rusiya MOİK-inin sabiq futbolçusu Aleksey Berezutski bundan sonra məşqçilər heyətində yer alacaq. Sport24.az xəbər verir ki, ötən ilin yanvarından klubda idman məsələləri üzrə baş direktorun müavini vəzifəsində çalışan veteran müdafiəçi komandanın baş məşqçisi Viktor Qonçarenkonun köməkçisi təyin olunub.

39 yaşlı mütəxəssisin bu gün MOİK-in İspaniyada davam edən təlim-məşq toplanışına qatılacaq. Anatolinin əkiz qardaşı Vasili Berezutski də MOİK-in məşqçilər korpusunda yer alır.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko paytaxt klubunda müvafiq vəzifəyə təyinat alıb. O, Berezutski qardaşlarıyla vaxtilə MOİK-də birgə çıxış edib.