"CBC Sport"un Misli Premyer Liqasının VIII tura şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, bu gün turun açılış matçında Rüstəm Əfsərli şərhçi olacaq. Söhbət saat 20:00-da "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşündən gedir.

Sabah Tovuzda Mustafa Kamal iş başında olacaq. Onun şərhçisi olacağı "Turan Tovuz" - "Neftçi" qarşılaşması Tovuz şəhər stadionunda saat 16:00-da başlayacaq. Bundan sonra - saat 18:00-da "ASCO Arena"da startı veriləcək "Səbail" -"Sabah" oyununu Gündüz Abbaszadə şərh edəcək.

Birigün Gəncəyə Nurlan Valehoğlu ezam ediləcək. Həmin şəhər stadionunda baş tutacaq "Kəpəz - "Qəbələ" matçı saat 16:00-da start götürəcək. 

Turun bağlanış matçında Pərviz Musayev şərhçilik edəcək. Bu, bazar günü saat 18:30-da "Dalğa Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Zirə" qarşılaşmasıdı.