Premyer Liqada VII turu 4 nəfər cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, bunlardan 2-si futbolçu, 2-si məşqçidi. Onların hamısı keçən turda qırmızı vərəqə alıb. 

Cəzalı futbolçular legionerlərdi. Belə ki, "Araz Naxçıvan"ın qanalı müdafiəçisi Mohammed Kadiri "Səbail"lə səfər, "Zirə"nin italiyalı yarımmüdafiəçisi Pyer Zebilya "Neftçi"ylə ev matçında cəzalı olacaq.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Turan Tovuz"la, "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov "Qarabağ"la ev görüşüdə "texniki zona"da olmayacaq. 

Cəzası bitən isə 2 nəfərdi - 1 futbolçu, 1 məşqçi. "Sabah"ın millimizin də üzvü olan müdafiəçisi Amin Seydiyev 2 oyunluq cəzasını başa vuraraq "Kəpəz"ə qarşı meydanda ola biləcək. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev isə 1 matçlıq cəzasını bitirərək "Qarabağ"la Qəbələdəki qarşılaşmada "texniki zona"ya qayıdacaq.

Onu da bildirək ki, vərəqə limitini başa vuraraq cəzalı duruma düşən hələ ki yoxdu.