Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib. Sport24.az  "nieuwsblad.be" saytına istinadən xəbər verir ki, italiyalı ona verilən "Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?" sualını belə cavablandırıb: "Əlbəttə, yox. Belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrariyə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər".

De Byazi tərcrüməsindən xahiş edib ki, həmin fikirləri tərcümə etsin və bununla da belçikalı jurnalistlər də dediklərini başa düşsünlər. Baş məqşçi daha sonra mətbuat konfransını tərk edib.

AFFA artıq məsələyə münasibət bildirib. Belə ki, qurumun baş katibi Sərxan Hacıyev 67 yaşlı italiyalı mütəxəssisin fikirlərinə görə mətbuat nümayəndələrindən üzr istəyib.