Futbol üzrə Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsində Estoniya yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 25 futbolçuya dəvət göndərib.

İyunun 17-də "Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

İyunun 6-dan gündəlik məşqlər keçirəcək milli komanda bir həftə sonra toplanışa başlayacaq.

1. Şahrudin Məhəmmədəliyev (Qarabağ)
2. Emil Balayev (Səbail)
3. Yusif İmanov (Sabah)
4. Amin Seydiyev (Sabah)
5. Bədavi Hüseynov (Qarabağ)
6. Cəlal Hüseynov (Şamaxı)
7. Toral Bayramov (Qarabağ)
8. Elvin Cəfərquliyev (Qarabağ)
9. Bəhlul Mustafazadə (Qarabağ)
10. Azər Salahlı (Neftçi)
11. Qismət Alıyev (Zirə)
12. Höccət Haqqverdi (Neftçi)
13. Anton Krivotsyuk (“Daejon”, Cənubi Koreya)
14. Filip Ozobiç (klubsuz)
15. Elvin Camalov (Sabah)
16. Emil Səfərov (Qəbələ)
17. Emin Mahmudov (Neftçi)
18. Aleksey İsayev (Sabah)
19. Çoşqun Diniyev (klubsuz)
20. Ramil Şeydayev (klubsuz)
21. Namik Ələskərov (Sabah)
22. Musa Qurbanlı (Qarabağ)
23. Renat Dadaşov (“Qrasshopper”, İsveçrə)
24. Rüstəm Əhmədzadə (Zirə)
25. Mahir Emreli (“Konyaspor”, Türkiyə)