Elməddin Məmmədov növbəti dəfə legioner həyatı yaşayacaq. Sport24.az xəbər verir ki, ötən mövsüm "Mingəçevir"in formasını geyinən qolkiper Albaniyada çıxış edəcək. 29 yaşlı "çərçivə qoruyucusu" "Luftetari Gjikastra" klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Məmmədov bunadək "Alqa"(Qırğızıstan), "Tsxinvali"(Gürcüstan), "TC Sports Club"(Maldiv adaları), "Muras Yunayted"(Qırğızıstan), "St. Andryus"(Malta), "Yedinstvo Bihac"(Bosniya və Herseqovina) klublarıın şərəfini qoruyub.