Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

40 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Burak Yılmazın son iş "Kasımpaşa" olub. "Qaziantep" isə İsmet Taşdemirlə yollarını ayırıb.