Türkiyənin FIFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb. Sport24.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan sabiq referi "köhlən atlar"ın Portuqaliyada "Benfika"ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.

 

O, ötən mövsüm ağdamlıların Avropa Liqasının əsas mərhələsində Bakıda Fransa "Lion"una qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.

 

Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək "Benfika" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.