Milli komandamızın futbolçusu Coşqun Diniyev Türkiyəyə qayıdanda problemlə üzləşib. Bu haqda Sport24.az-a məlumat verən "Ümraniyespor"un yarımmüdafiəçisi I Liqada bu turda meydana çıxa bilməyəcəyini söyləyib: "Türkiyəyə qayıdan kimi zəhərlənmə, qızdırma oldu. Təəssüf ki, bugünkü oyunumuzda iştirak edə bilməyəcəm. Bu da xəstələyimlə bağlıdı".
Xatırladaq ki, Coşqun millimizin son 2 matçında start heyətdə meydana çıxaraq ümumilikdə 151 dəqiqə oynayıb.
MEHMAN SÜLEYMANOV