Polşa "Legiya"sının futbolçusu Tomaş Pekqart yeni komanda yoldaşı olan Azərbaycan millisinin üzvü Mahir Emreli haqda danışıb. Sport24.az xəbər verir ki, AVRO-2020-də Çexiya millisinin heyətində iştirak etdiyinə görə Varşava təmsilçisinə gec qoşulan forvard klubunun qol vura biləcək birini axtardığını bildiyini vurğulayıb: "Çünki əvvəllər bu məsuliyyət daha çox üzərimdə idi. Hücumda bir forvarda güvənməmək vacib idi. Bu, rəqiblərin işini daha da asanlaşdırır. Çünki hücumçunun qarşısını alırlar və beləliklə, təhükəni əhəmiyyətli dərəcədə zərərləşdirirlər. Mövsüm davam etdikcə daha çox çətinlik çəkirdim. Çünki həmişə 3-4 müdafiəçiyə qarşı oynayırdım. Yəqin indi də belə olacaq, amma artıq məndən başqa Mahir Emreli də var".

Pekqartın sözlərinə görə, Emrelinin "Legiya"ya keçidi üçün sevinir: "Mahirlə birlikdə çox təhlükəli ola bilərik. O, hələ gəncdir və futbol karyerasının başlanğıcındadır".