Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

MOİK doğma meydanda “Səbail”in əvəzediciləri ilə heç-heçə edib. Son çempion “Neftçi-2” isə səfərdə “Qəbələ”nin əvəzedicilərinə məğlub olub.

Birinci Divizion
2-ci tur

21 sentyabr

MOİK – Səbail-2 1:1
Qol: Rafael Qavami, 45+1 – Elvin Əliyev, 71.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Emin Əliyev.
Binə qəsəbə stadionu, 15:30.

Qəbələ-2 – Neftçi-2 3:1
Qol: Xəyal Səmədov, 12. Mehrac Baxşalı, 40. Aqil Nəsibov, 44 – Famil Camalov, 90+1
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

22 sentyabr

Qaradağ Lökbatan – Kəpəz
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Cavid Cəlilov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Qarabağ-2 – Sumqayıt-2
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Səbuhi Bayramov.
Binə qəsəbə stadionu, 15:30.

Zaqatala – Turan Tovuz
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elman Kərimov, Elvin Bayramov.
Zaqatala şəhər stadionu, 15:30.

Keşlə-2 – Sabah-2
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
“ASK Arena”, 17:30.