"Zirə"yə keçməzdən əvvəl Bolqarıstanın "Çerno More" klubu ilə bir illik müqaviləm var idi. Mənə maraq göstərdilər, klubumla danışdılar və transfer gerçəkləşdi". Sport24.az xəbər verir ki, bu fikirləri "Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias "Sport-fm.gr" saytına açıqlamasında deyib.

26 yaşlı müdafiəçi  keçən ilin sentyabrında Azərbaycan təmsilçisinə keçidi ilə bağlı çox düşündüyünü bildirib: "Çünki ölkəni yaxşı tanımırdım. Ancaq buraya gələndə yaxşı ölkə və gözəl Bakını gördüm. Azərbaycanlılar isə çox gözəl insanlardı. "Zirə"də daha əvvəl həmyerlim Anastasios Papazoğlunun da çıxış etmişdi. Mənə təklif gələndə onunla məsləhətləşdim. Çox xoş sözlər söylədi".

Çantakias Yunanıstanın "Olimpiakos" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçlarına da toxunub. O, "ağ-qaralar"a qarşı qarşı dəfələrlə qarşılaşdığını, Azərbaycan Kubokunda mübarizədən kənarlaşdırdığını vurğulayıb: "Keçən mövsümdə "Neftçi"yə cəmi bir dəfə məğlub olduq. "Olimpiakos" ehtiyatlı olmalı və rəqibin əks-hücumlarına diqqət yetirməlidir. "Neftçi"də Sabiq Buqrinə xüsusi diqqət ayrılmalıdır. Sezar Meza Kolli isə olduqca təhlükəlidir. "Olimpiakos" favoritdir, amma rəqibə ciddi yanaşmalıdır".

Xatırladaq ki, "Olimpiakos" - "Neftçi" matçı iyulun 21-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.