"Sabah" iki məğlubiyyətdən sonra toparlandı. "Zirə" evdə çıxış edirdi və bəlkə də gözləntilər onu qalib gələcəyi yönündə indi". Bu sözləri Sport24.az-a açıqlamasında PRO kateqoriyalı mütəxəssis Sənan Qurbanov deyib.
Misli Premyer Liqasının XXVII turunda keçirilən "Zirə" - "Sabah" oyunundan danışan təcrübəli mütəxəssisin fikrincə, meydan sahibləri heç də özünə bənzəmir: "Bu komandanın heyətində çox keyfiyyətli futbolçular var. Ancaq zədəli və cəzalı futbolçuların olması komandanın çıxışına təsir edir. Evdə "Sabah"a məğlub oldu. Bu isə "Zirə" üçün hardasa həyəcan siqnalıdı. Çünki avrokubok mübarizəsində "Qəbələ" bir xala qədər yaxınlaşdı".
Qeyd edək ki, "Zirə" - "Sabah" oyunu 0:2 hesabı ilə yekunlaşıb.
KAMAL RZA