Bolqarıstanın "Levski" klubu "Qarabağ"ın futbolçusu Adama Diakabi ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Тема Спорт" portalı məlumat yayıb.

 

Bildirilir ki, Sofiya klubu mövsümün sonuna qədər fransalını izləyəcək. Mövsümün sonunda isə onu heyətinə qatmağa çalışacaq.

 

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Qarabağ"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Diakabi karyerası ərzində "Renn", "Monako", "Haddersfild", "Nottingem", "Amyen" kimi klubların şərəfini qoruyub.