AFFA İntizam Komitəsinin iclası keçirilib. xəbər verir ki, toplantıda I Liqanın XVIII turununun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Şahdağ Qusar" – MOİK oyununda "Şahdağ Qusar" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şahdağ Qusar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Şahdağ Qusar" – MOİK oyununun 82-ci dəqiqəsində "Şahdağ Qusar" komandasının 17 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Şahdağ Qusar" komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);
"Mingəçevir" – "Səbail" oyununda "Mingəçevir" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə "Mingəçevir" komandası 600 manat cərimə edilsin (maddə 86.3);
"Mingəçevir" – "Səbail" oyununda "Mingəçevir" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Mingəçevir" komandası 1500 manat cərimə edilsin (maddə 86.3);
"Mingəçevir" – "Səbail" oyununda "Səbail" komandasında 6 nəfər sarı vərəqə aldığı üçün "Səbail" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Cəbrayıl" – "Zaqatala" oyununda "Cəbrayıl" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Cəbrayıl" komandası 210 manat cərimə edilsin (maddə 43.1);