"Çox yaxşı ki, futbolla bağlı bu işlər Gəncədə başlanılıb. Allahın köməyilə yaxşı da davam edib yekunlaşacaq, meydançalar hazır olacaq. Gəncədə Futbol Akademiyasında işlər çox gedəcək. Çünki orda 2 böyük, 1 kiçik meydança salınmalıdı. Bu, hardasa 1 il çəkir, bunu hamı bilir". Bu fikirləri Sport24.az-a açıqlamasında Gəncə Futbol Veteranlar Bilriyinin sədrinin müavini Firuz Qulami bildirib.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə futbolla bağlı son günlərdəki canlanmanı şərh edən veteran oyunçu buranın məşhur uşaq məşqçisi Konstantin Abramenkonun stadionunun təmirinə artıq başlanılmasını ön plana çəkib: "Дядя Костя"-nın stadionu kiçik ölçüdədi, mini-futbol meydançasıdı, burdakı işlər 1-1,5 aya bitər. Bu vacib işlərin görülməsi sevindirici haldı. Biz gəncəli futbol veteranları AFFA rəhbərliyinin bu təşəbbüsünü çox yaxşı qarşıladıq. Futboldan ötrü meydança olmalıdı, meydança da olandan sonra iş qalır məşqçilərə. Gəncədə hardasa 10-12 işsiz veteran var, onları də cəlb edəcəyik bu uşaq futboluna ki, məşqlər keçib təcrübələrini göstərsinlər. Bir sözlə, yaxşı gələcək görünür. Sağ olsun AFFA rəhbərliyi ki, bu işlərlə bağlı dəstəyini göstərib". 

Qulami AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun Gəncəyə son səfərindən söz açıb: "I Divziionda "Kəpəz" - "Turan" matçından əvvəl gəlmişdi. AFFA tərəfindən uşaqlara idman geyimləri ilə toplar hədiyyə gətirilmişdi və stadionla bununla bağlı tədbir idi. Ondan sonra Elxan müəllimə Gəncə futbol veteranlarının görüşmək istəyini diqqətinə çatdıranda canla-başla razılıq verdi. Dedi ki, gəlin, elə meydançanın içində söhbət edək. Qurumuzun sədri Tofiq Məmmədov, müavinlərdən "Neftçi"də də oynamış, SSRİ U-17 yığmasının kapitanı da olmuş Əli Rəhimov və digərləri iştirak edirdi. Bildirdik ki, Gəncədə futbolun inkişafından ötrü torpaq meydançada uşaq yetişdirmək, cəlb eləmək mümkün olmadığından əsas meydançaları düzəldilməsi zəruridi. Məmmədov diqqətimizə onu çatdırdı ki, fikrimizdə Gəncdə Futbol Akademiyanın inşasını başlamaq var, başqa istəyiniz varsa, buyurun. Biz də "Дядя Костя"-nın stadionunun təmirinə ehtiyac olduğunu vurğuladıq. Bu meydançadan çıxan 3-4 nəfər hətta SSRİ yığmasında oynayıb. Musal üçün Maşallah Əhmədov, Yunis Hüseynov. Hələ Azərbaycan milli komandasında oynayanları demirəm  - Mahmud Qurbanov, Xaliq Mərdanov. Ceyhun Tanrıverdiyev. Fazil Pərvərov, Rövşən Əhmədov və s. Bilirsiniz, bura torpağına, meydançasına görə ruzili-bərəkətli yerdi. Sağ olsun Elxan müəllim, bizi dinləyəndən sonra oranın təmirini AFFA tərəfindən həyata keçirməyə hazır olduğunu bəyan elədi. Gəncənin millət vəkili Müşfiq Cəfərov, xeyriyyəçi insanları, futbol həvəskarları Müzadil Həsənovla İlqar Zeynalov da sağ olsunlar,  lazımı köməklərini, dəstəklərini göstərirlər. Məmmədov AFFA tərəfindən lazım olan hər şeyi edəcəklərini diqqətimizə çatdırdı. İlk olaraq bu meydançada işlər yekunlaşacaq. Bununla "Дядя Костя"-nın ruhu da şad olacaq. Onun yetirmələri olmuş Azərbaycandan kənarda yaşayan neçə-neçə insan bizə zəng edib deyirlər ki, görülən işlərə görə çox sevinirik".

"Kəpəz"in sabiq futbolçusu olmuş Qulami Gəncə futbol veteranlarının qarşılarında duran vəzifələrdən də danışıb: "Biz də çalışacağıq ki, 3-4 ilə burdan futbolçular çıxsın. "Дядя Костя"nın ölümünün 16-cı ildönümü idi, ondan sonra Gəncədən futbolçu çıxmır. İnşallah, akademiyamız olandan, "Kəpəz"in Premyer Liqaya qayıdışından sonra bu boşluq aradan qalxar. Elxan müəllim də bizimlə söhbətdə gələn mövsümdə "Kəpəz"in Premyer Liqada çıxış etməsini istədiklərini açıqladı. Biz də bunu çox müsbət qarşıladığımızı vurğuladıq. Bilirsiniz, I Diviziona azarkeş gəlir, sadəcə, həmin səviyyə deyil. Gəncədə heç vaxt zəif futbol olmayıb. Azarkeş həmişə böyük futbol görüb. Hətra elə matç olurdu ki, "Kəpəz" 2:0 udurdu, ancaq azarkeşləri oyundan razı qalmırdı. "Kəpəz"in yeniddən Premyer Liqada çıxış etməsi həm Gəncədə futbolun inkişafına yaxşı olacaq, həm də uşaqları rahat cəlb edə biləcəyik. Şəxsən mən artıq 15 yaşımda "Kəpəz"də məşq edirdim. Mərhum Səmədağa Şıxlarovla bir yerdə oynamışıq. Görmüşük yanımızda Tofiq Məmmədovu, Əli Rəhimovu, Valeri Melnikovu, Asif Əliyevi. Onların yanında böyümüşük, onlardan görüb-götürmüşük". 

 

No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.No description available.

 

 

 

MEHMAN SÜLEYMANOV