Birinci Liqada 2025/26 mövsümünün 1-ci dövrəsi başa çatıb. 9 turdan sonra son 10 mövsümün ən yaxşı bombardirləri bəlli olub. Sport24.az PFL-ə istinadən xəbər verir ki, əvvəlki 9 çempionat və birinci dövrədəki 9 turun oyunlarında ümumilikdə 1208 futbolçu qol sevinci yaşayıb.

 

2016/17 mövsümündən indiyədək olan dövrdə yalnız 9 futbolçu 40 və ya daha çox qol vurub.

 

1. Bəhruz Teymurov - 87

2. Sabir Allahquliyev – 58

3. Seyxan Fərəcov – 53

4. Elmir Rəhimzadə - 50

5. Raul Yaqubzadə - 45

6. Fərid Kərimzadə - 44

7. Elnur Səmədov – 43

8. Vüsal Əsgərov – 42

9. Elşad Tağıyev - 41