Məncə "Şamaxı" Premyer Liqada qalmalıdı. Nə qədər çox komanda olsa, bir o qədər qədər yaxşıdı". Bu sözləri Sport24.az-a açqılamasında veteran ş futbolçu Vladislav Qədirov deyib.

Təcrübəıi mtəxəssis Premyer Liqada komandaların artmasının tərəfdarı olduğunu bildirib: "Elitaya gələ biləcək hər iki komanda bölgə təmsilçisidiç infrastrukturu var. Həm "Araz Naxçıvan", həm də "Zaqatala" yerli uşaqlar üçün şansdı. "Şamaxı" nümunəsi var. Düzdür, çətin oldu. Amma hamısı yerli oyunçular idi. Mən də həmişə yerli futbolçuların tərəfdarı olmuşam. Gələn legioner isə ən azı yerlilərdən iki baş üstün olmalıdı. Belə olan halda, bizimkilər ondan nəsə öyrənə bilərlər. Ad çəkməyəcəm, amma elə komandalar var ki, legionerlər yerlilərdən fərqlənmir. Ondansa öz uşaqlarımız oynasın. Sabah da milli komandaya namizədlər çox olar. Milliləşdirmə də olmayacaq. 34 yaşında milliləşdirilən futbolçu yığmaya nə verəcək?

 

 

KAMAL RZA