UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyununun baş hakimi müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək.

 

Yan xətt hakimləri Adam Ceffri və Brayan Uilson olacaq. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək. 

 

Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.