"Zirə" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qartallar" Enrike Kustodio ilə ortaq məxrəcə gəlib.

 

Braziliyalı futbolçu ilə "1+1" şərti ilə müqavilə bağlanılıb.

 

Qeyd edək ki, 30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin "Kuritiba", "Nautiko", "Parana", Portuqaliyanın "Portimonense", "Farense", B-SAD, "Leyşonyş" klublarında çıxış edib.