AFFA İcraiyyə Komitəsinin növbəti iclasının nə vaxt keçiriləcəyi təxminən məlumdur. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Toplantı sentyabrın sonu və ya oktyabrın ilk həftəsinə planlaşdırılıb. İcraiyyə Komitəsinin üzvləri Azərbaycan millisinin baş məşqçisi ilə bağlı qərar verəcək. 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis Fernandu Santuş İslandiya (0:5) ilə matçdan sonra istefaya göndərilib. Komanda Ukrayna ilə görüşə (1:1) U-21-in çalışdırcısı Ayxan Abbasovun rəhbərliyi altında çıxıb.