I Liqada "Ayın qolu" layihəsi çərçivəsində qalib müəyyən olunub. Sport24.az xəbər verir ki, bu, "Karvan"ın futbolçusu Bəhruz Teymurovdur.

 

Noyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatları X turun "Karvan" - "Mingəçevir" oyunundan əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.